...

La Liqada ayın ən yaxşı məşqçisi açıqlandı

İdman Materials 29 Oktyabr 2025 13:14 (UTC +04:00)
La Liqada ayın ən yaxşı məşqçisi açıqlandı

Bakı. Trend:

İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi müəyyənləşib.

Trend xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Ayın ən yaxşısı adına "Rayo Valyekano"nun çalışdırıcısı İniqo Peres layiq görülüb.

37 yaşlı mütəxəssis peşəkar karyerasında ilk dəfə olaraq bu mükafatı qazanıb. O, “Real”ın baş məşqçisi Xabi Alonso və “Betis”in çalışdırıcısı Manuel Pelleqrinini geridə qoyub.

Qeyd edək ki, komanda oktyabr ayında Peresin rəhbərliyi altında keçirdiyi 3 matçın hər birində qalib gəlib. Hazırda "Rayo Valyekano" 14 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşır.

Xəbər lenti

Xəbər lenti