...

Azərbaycan öz vətəndaşları üçün rifah və firavanlıq diyarı olmaq yolunda inamla irəliləməkdədir - Covan Canciç

Siyasət Materials 29 Oktyabr 2025 12:37 (UTC +04:00)
Azərbaycan öz vətəndaşları üçün rifah və firavanlıq diyarı olmaq yolunda inamla irəliləməkdədir - Covan Canciç
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Konstitusiyanın qəbul edilməsi siyasi və ictimai hadisədir. Bu hadisənin əhəmiyyəti Azərbaycanın timsalında aydın görünür. Çünki bu ölkə öz Konstitusiyası ilə beynəlxalq ictimaiyyətin nüfuzlu üzvünə çevrilib.

Trend xəbər verir ki, bunu Serbiya Milli Assambleyasının sədr müavini Covan Canciç Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunan “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.

“Bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkə nümunəsidir, öz vətəndaşları üçün isə rifah və firavanlığın diyarı olmaq yolunda inamla irəliləməkdədir”, - deyə o vurğulayıb.

Covan Canciç bildirib ki, Konstitusiya dövlətin hüquqi aktlar sistemində ən yüksək hüquqi qüvvəyə malik olan sənəddir:

“Konstitusiya ölkənin ictimai quruluşunu müəyyənləşdirir, mühüm münasibətləri tənzimləyir, dövlət orqanlarının quruluşunu və fəaliyyətini ətraflı şəkildə müəyyən edir. Eyni zamanda, vətəndaşların hüquq və azadlıqlarını, həmçinin onların vəzifələrini şəffaf və açıq şəkildə bəyan edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti