...

Azərbaycan səfirliyi Montoneqroda yaşayan və çalışan vətəndaşlarımızın təhlükəsizliyi üçün zəruri tədbirlər görür

Siyasət Materials 29 Oktyabr 2025 17:31 (UTC +04:00)
Azərbaycan səfirliyi Montoneqroda yaşayan və çalışan vətəndaşlarımızın təhlükəsizliyi üçün zəruri tədbirlər görür
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyi və Monteneqrodakı diplomatik ofisi Monteneqronun paytaxtı Podqoritsa şəhərində baş vermiş və Türkiyə vətəndaşlarının və bir nəfər Azərbaycan vətəndaşının saxlanılması ilə nəticələnən iğtişaşlar ilə əlaqədar yayılan məlumatları diqqətlə izləyir.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının Serbiyadakı Səfirliyindən məlumat verilib.

"Səfirliyimiz və diplomatik ofisimiz Monteneqroda yaşayan və çalışan vətəndaşlarımızın təhlükəsizliyinin təmin olunması, eləcə də onların hüquqlarının və qanuni maraqlarının qorunması məqsədilə zəruri tədbirlər görür.
Bir nəfər vətəndaşımızın saxlanılması ilə bağlı Monteneqro hüquq-mühafizə orqanları ilə müvafiq danışıqlar aparılır və məsələ diplomatik kanallar vasitəsilə diqqətdə saxlanılır.

Monteneqro ərazisində yaşayan və səfərdə olan bütün Azərbaycan vətəndaşlarına müraciət edərək, ictimai asayişin qorunması və mümkün insidentlərdən yayınmaq məqsədilə keçirilə biləcək hər hansı kütləvi aksiyalardan uzaq durmağı, yerli qanunvericiliyin tələblərinə ciddi riayət etməyi və zərurət yarandığı təqdirdə səfirlik və diplomatik ofisimizlə dərhal əlaqə saxlamağı tövsiyə edirik",- deyə məlumatda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti