Bakı. Trend:
Dünyanın ikinci raketkası, italyan tennisçi Yannik Sinner “Paris Masters” turnirinin ikinci raundunda belçikalı Ziza Berqsi (reytinqdə 41-ci) 6-4, 6-2 hesabı ilə məğlub edərək üçüncü raunda vəsiqə qazanıb.
Trend xəbər verir ki, tennisçilər kortda 1 saat 29 dəqiqə vaxt keçiriblər.
Turnirin üçüncü raundunda Yannik Sinner argentinalı tennisçi Fransisko Serundolo ilə üz-üzə gələcək.
