Bakı. Trend:
Futzal üzrə "Araz-Naxçıvan" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk matçını keçirib və Rumıniyanın "Yunayted Qalati" klubunu 2:1 hesabı ilə məğlub edib.
Trend xəbər verir ki, VII qrupun matçı Sala Sporturilor Dunareada baş tutub.
Qeyd edək ki, Yevgeni Kukseviçin rəhbərlik etdiyi kollektiv qrupdakı növbəti oyunlarını sabah Lüksemburqun "Differdanje 03", noyabrın 1-də isə Niderlandın "Tigers Roermond" komandalarına qarşı keçirəcək.
