...

İspaniya Türkiyənin HÜRJET təyyarələrini alacaq

Dünya xəbərləri Materials 30 Oktyabr 2025 01:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya hökuməti Türkiyənin ilk milli reaktiv təlim və yüngül hücum təyyarəsi HÜRJET-in alınmasını təsdiqləyib.

Trend xəbər verir ki, tədarükün 2028-ci ildə başlaması və HÜRJET-lərin ən azı 30 il xidmət etməsi gözlənilir.

Türkiyə Quru Qoşunları Şurasının məlumatına görə, İspaniya ilə təxminən 3,12 milyard avro dəyərində müqavilə imzalanacaq. Pireney ölkəsi Türkiyədən 45 HÜRJET almağı planlaşdırır.

Qeyd edək ki, HÜRJET-in 300-cü sınaq uçuşu ötən həftə uğurla başa çatıb.

Xəbər lenti

Xəbər lenti