Bakı. Trend:
Rumıniya Müdafiə Nazirliyi ABŞ-nin ölkədəki hərbi kontingentinin azaldılması barədə qərarını gözlənilən addım kimi qiymətləndirib.
Trend xəbər verir ki, bu barədə nazirliyin bəyanatında qeyd edilir.
Nazirliyin bəyanatında bildirilir ki, bu qərar ABŞ qüvvələrinin qlobal yerləşmə strategiyasının yenidən nəzərdən keçirilməsi çərçivəsində qəbul olunub. Plan çərçivəsində Avropadakı bəzi hərbi birləşmələrin rotasiyasına son qoyulacaq.
Qeyd olunur ki, bu addım NATO-nun şərq cinahında yerləşən qüvvələrin ümumi strukturuna təsir etməyəcək. ABŞ hərbçilərinin bir hissəsi hazırda Rumıniyada yerləşən “Mihail Koqalniçeanu” aviabazasında xidmət aparır.
Müdafiə Nazirliyi bildirib ki, təxminən min amerikalı hərbçi Rumıniyada qalacaq və regionda təhlükəsizliyin təmin edilməsinə töhfə verməyə davam edəcək.
