...

Braziliya millisinin üzvü PSJ-dən ayrılmaq niyyətindədir

İdman Materials 29 Oktyabr 2025 20:56 (UTC +04:00)
Braziliya millisinin üzvü PSJ-dən ayrılmaq niyyətindədir

Bakı. Trend:

PSJ-nin futbolçusu Lukas Beraldo komandadan ayrılmaq niyyətindədir.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, braziliyalı müdafiəçi bu mövsüm az forma şansı qazanmasından narazıdır.

Braziliya millisinin üzvü DÇ-2026 öncəsi daha çox oynamaq və yaxşı formada olmaq üçün başqa kluba icarəyə verilməsini istəyir. Baş məşqçi Luis Enrike futbolçunun istəyinin əleyhinə deyil.

Qeyd edək ki, PSJ Lukas Beraldonu 2024-cü ilin yanvar ayında ölkəsinin "San Paulo" klubundan 20 milyon avroya transfer edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti