Bakı. Trend:
Çinin avtomobil istehsalçıları Avropa bazarında ən yaxşı aylıq göstəricilərini nümayiş etdirərək elektrik və hibrid modellərə artan tələbat sayəsində əvvəlki yüksək göstəriciləri üstələyiblər.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, BYD, “SAIC Motor” və “Chery Automobile” şirkətləri Avropadakı bütün minik avtomobil satışlarının rekord 7,4%-ni ələ keçirərək “Kia” kimi Cənubi Koreya avtomobil istehsalçılarını ilk dəfə üstələyib.
Qeyd edilir ki, dünyanın ən böyük elektrik avtomobil istehsalçısı olan BYD diler şəbəkəsini, habelə qoşulan hibrid və elektrik avtomobilləri çeşidini genişləndirib.
