Bakı. Trend:
Haitidə "Melissa" qasırğasının yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 40-a çatıb, Yamayka və Kubada isə geniş dağıntılar qeydə alınıb.
Trend xəbər verir ki, Dominikan Respublikasında 1, Yamaykada isə 8 nəfər həyatını itirib. Haiti Mülki Müdafiə Agentliyinin rəhbəri Stiven Aristil xəbərdarlıq edib ki, xüsusilə yağışlar davam etdikcə ölənlərin sayı arta bilər.
Qasırğa oktyabrın 28-də Yamaykanı sürəti 295 km/saata çatan küləklə vurub. Kubada isə 735 mindən çox insan sığınacaqlara yerləşdirilib.
