...

Qətər ABŞ və Venesuela arasında vasitəçi olmağa hazırdır

Dünya xəbərləri Materials 30 Oktyabr 2025 00:18 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Doha ABŞ və Venesuela arasındakı böhranın həllində vasitəçi rolunu oynamağa hazırdır.

Trend xəbər verir ki, bunu Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani Nyu-Yorkda Xarici Əlaqələr Şurasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Qətər hələ bu istiqamətdə konkret addım atmayıb:
"Venesuela ilə bağlı səylərimiz keçmiş ABŞ prezidenti Co Bayden dövründə qarşılıqlı fəaliyyətə başlayıb və bir neçə amerikalı vətəndaşın azad olunmasına səbəb olub. Hazırda ABŞ prezidenti Donald Trampın gəlişi ilə əlaqələri bərpa etmişik. Əgər ABŞ maraqlıdırsa, biz vasitəçi kimi çıxış etməyə və danışıqlar prosesini təşkil etməyə hazırıq. Lakin indiyə qədər konkret və əhəmiyyətli heç nə baş verməyib", – deyə o bildirib.

Qeyd edək ki, "New York Times" Qətərin Vaşinqton və Karakas arasındakı münasibətlərdəki böhranın həllində vasitəçilik etmək niyyətində olduğunu xəbər vermişdi. Mənbələrə görə, Venesuela hakimiyyəti Qətərin səylərini dəstəkləyir, lakin ABŞ administrasiyası diplomatiyadan çox hərbi vasitələrlə maraqlanır.

Xəbər lenti

Xəbər lenti