...

Sahibə Qafarova Alen Simonyanla görüşündən danışdı

Siyasət Materials 21 May 2024 11:20 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşü haqında danışıb.

Trend-in məlumatına görə, S.Qafarova bildirib ki, 2024-cü il mayın 16-da Cenevrədə keçirilən Parlament Sədrlərinin VI Ümumdünya Konfransının Təşkilat Komitəsinin 1-ci İclası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin ikinci görüşü zamanı Azərbaycan və Ermənistan arasında aparılan sülh danışıqları fonunda iki ölkənin parlamentlərinin sülh prosesinə necə dəstək verə biləcəyi ilə bağlı məsələlərin müzakirəsi davam etdirilib.

"Görüş konstruktiv atmosferdə keçib. Görüşdə Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının aparıldığı şəraitdə iki ölkənin parlamentlərinin sülh prosesinə necə dəstək verə biləcəyi ilə bağlı məsələlərin müzakirəsi davam etdirildi”, - deyə o qeyd edib.

Qeyd edək ki, tərəflər parlamentlər arasında dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.

Xəbər lenti

Xəbər lenti