...

Zığ şosesi ilə hərəkət edən sürücülərin nəzərinə!

Hadisə Materials 20 May 2024 16:00 (UTC +04:00)
Zığ şosesi ilə hərəkət edən sürücülərin nəzərinə!
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Zığ şosesinin 27-ci km-də, Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətində yük avtomobilindən daş kütləsi yolun hərəkət hissəsinə düşüb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yolda olan məlumat sürət tablosunun sağ zolaq hissəsində "məhdudlaşdırıcı zolaq" işarəsi qoyulub. Bununla yanaşı, yoldakı vəziyyətlə bağlı aidiyyəti dövlət qurumuna məlumat verilib.

Sürücülərdən hərəkət zaman bu tablolara diqqət yetirmələri və sürət həddinə əməl etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti