...

TAP nümayəndəsi aşağı karbonlu yanacağa keçiddə qaz kəmərinin rolundan danışıb

Yaşıl iqtisadiyyat Materials 21 May 2024 09:48 (UTC +04:00)
Lada Yevgraşına
Lada Yevgraşına
Bütün xəbərlər

Bakı. Trend:

Trans-Adriatik Boru Kəmərinin (TAP) potensial olaraq tam genişləndirilməsi Avropa İttifaqının (Aİ) dekarbonizasiya üzrə hədəflərinin əldə olunmasına imkan yarada bilər.

Trend TAP-ın sosial şəbəkədəki məlumatlarına istinadən xəbər verir ki, bu barədə "TAP AG" şirkətinin xarici əlaqələr şöbəsinin rəhbəri Vüqar Veysəlov Belqrad Enerji Forumunda çıxışında deyib.

"TAP aşağı karbonlu gələcəyə enerji keçidinin dayanıqlı əsasda baş verməsini təmin etməyə çalışır. TAP-ın potensial olaraq tam genişləndirilməsi Aİ-nin dekarbonizasiya üzrə hədəflərinin əldə olunmasına kömək etməklə gələcəkdə yeni hidrogen həcmlərinin və digər bərpa olunan qazların nəqlinə imkan yaradır", - o deyib.

Onun sözlərinə görə, TAP enerji təchizatı ilə əlaqədar ciddi problemlər dövründə Aİ-yə yeni mənbədən və alternativ marşritla qaz tədarükünü təmin edən mühüm enerji infrastrukturuna çevrilib.

V.Veysəlovun fikrincə, Avropanın aşağı karbonlu gələcəyə keçidi dövründə alternativ, təhlükəsiz, etibarlı və əlçatan enerji təchizatının saxlanması rəqabət qabiliyyətinin qorunub saxlanması üçün mütləqdir

Xatırladaq ki, Azərbaycan qazının Avropa İttifaqına (Aİ) kommersiya tədarükü 31 dekabr 2020-ci ildə başladılıb.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını şaxələndirib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti