Bakı. Trend:
Paolu Fonseka “Lill”in yeni müqavilə təklifinə müsbət cavab verməyib.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, o, klub rəhbərliyindən vaxt istəyib.
Portuqaliyalı mütəxəssisin “Milan”ın maraq dairəsində olduğu bildirilir. Fonsekanın İtaliya klubunda Stefano Piolini əvəz etməyə əsas namizəd olduğu qeyd edilir.
Qeyd edək ki, Paulo 2022-ci ildən “Lill”ə başçılıq edir. Komanda onun rəhbərliyi ilə başa çatan mövsümdə Fransa çempionatını 4-cü pillədə başa vurub.