Bakı. Trend:
Azərbaycanda erkən evliliyə daha çox meylin olduğu rayonlar açıqlanıb.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatında qeyd edilib.
Məlumata əsasən, Qarabağ (64 erkən evlilik) və Mərkəzi Aran (30 erkən evlilik) rayonları üzrə göstəricilər bu ərazilərdə erkən evliliyə daha çox meyl olduğunu göstərir.
2022‑ci ildə Qazax‑Tovuz (59) və Mərkəzi Aran (40) rayonlarında erkən evliliyə daha çox meyl oluşdu. Xüsusilə Bərdə ‑ (26), Biləsuvar (21), Ağcabədi (20) və Yevlax (15) rayonlarında nikah yaşının 1 il azaldılmasına daha çox razılıq verilib.
Naxçıvan Muxtar Respublikasının icra hakimiyyətləri tərəfindən (Babək, Culfa və Sədərək Rayon) ümumilikdə 7 nəfərə nikah yaşının azaldılması ilə bağlı icazə verilib.