...

Lisey və gimnaziyalara qeydiyyat başlayıb

Cəmiyyət Materials 20 May 2024 15:36 (UTC +04:00)
Lisey və gimnaziyalara qeydiyyat başlayıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2024–2025-ci tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara şagird qəbulu mərkəzləşdirilmiş imtahanla həyata keçirilir.

Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Ərizə qəbulu 20 may – 13 iyun tarixlərini əhatə edəcək.

Valideyn (və ya qanuni nümayəndə) şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidir.

İmtahan zamanı şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən standart və qeyri-standart suallar təqdim olunacaq. Şagirdlər imtahanda topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparmalıdırlar.

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul imtahanı aşağıdakı tarixlərdə keçiriləcək:

21 iyun – 7 və 8-ci siniflərə qəbul
22 iyun – 6-cı siniflərə qəbul
23 iyun – 5-ci siniflərə qəbul

Mərkəzləşdirilmiş qaydada qəbul prosesi həyata keçiriləcək lisey və gimnaziyaların siyahısı, eləcə də ətraflı məlumat üçün linkə daxil ola bilərsiniz: https://bit.ly/3yugIS7

Məqalədə:
Xəbər lenti

Xəbər lenti