Bakı. Trend:
Bakı şəhərinin 12 rayonu üzrə şəhər icra hakimiyyətlərinə erkən evliliklə bağlı 15 müraciət daxil olub. Hamiləlik, uşağın doğulması və digər üzürlü hesab oluna biləcək səbəblər araşdırılmış nəticə olaraq 2023‑cü ildə 9 müraciət üzrə (Sabunçu rayonu‐4, Xəzər‐3, Suraxanı rayonu‐2) nikah yaşının 1 il azaldılmasına sərəncam verilib.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatında qeyd edilib.
Qeyd edilib ki, müraciətlərlə əlaqə dar vətən daşlarla profilaktik söhbətlər aparılmış, ailələr nəzarətə götürülmüş, qanunvericiliyin tələbləri izah edilmiş və erkən evliliyin qarşısı alınıb.
"2022‑ci ildə 5 müraciət üzrə icazə verilib. Bu da onu göstərir ki, 2023‐ cü ildə erkən evliliklə bağlı müraciətlər üzrə icazələrin sayı artıb. Yerli rayon icra hakimiyyətlərindən aldığımız məlumata görə, Azərbaycanın 12 iqtisadi rayonu üzrə 293 (2022‑ci idə 269) erkən evliliyin qarşısı alınıb. Gədəbəy 29, Lənkəran 22, Abşeron 16, Şabran 15 rayonlarında erkən evlilik cəhdləri olmuş, qarşısı alınıb. Bununla bərabər 12 iqtisadi rayon üzrə nikah yaşının 1 il azaldılması ilə bağlı daxil olan məlumatlar araşdırılıb, üzürlü səbəblər müəyyən edildikdən sonra 233 (2022‑ci ildə 271) yetkinlik yaşına çatmayan şəxsə icra orqanları tərəfindən icazə verilib", - deyə bildirilib.