...

BTQ dəmir yolu xətti üzrə yükdaşımalara start verilib

İqtisadiyyat Materials 20 May 2024 17:17 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstandan keçən 184 kilometrlik hissəsində aparılmış təmir-bərpa, rekonstruksiya və genişləndirmə işləri artıq yekunlaşıb.

Trend-in məlumatına görə, bu gündən etibarən BTQ dəmir yolu xətti üzrə yükdaşımalara start verilib.

Abşeron Logistika Mərkəzindən 20 konteynerdən ibarət ilk yük qatarı Gürcüstan istiqamətinə yola salınıb.

Qeyd edək ki, BTQ-nin genişləndirilməsi işlərinə ötən ildən başlanılıb.

İlkin mərhələdə yükdaşımaların həcmi ildə 6,5 milyon ton olacaq, həmçinin 1 milyona qədər sərnişinin daşınması nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti