...

Helikopterin qəzaya uğraması səbəbləri araşdırılacaq – İran Silahlı Qüvvələri Baş Qərargah rəisi

Dünya xəbərləri Materials 20 May 2024 20:14 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İran Silahlı Qüvvələri Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeri İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən heyəti Xudafərindən Təbrizə aparan helikopterin qəzaya uğramasının səbəblərinin araşdırılmasına göstəriş verib.

Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.

Məlumata görə, qəzanın baş vermə səbəbləri ilə əlaqədar bu gün bir sıra hərbi rəsmilər, mütəxəssislərin iştirakı ilə koordinasiya iclası keçirilib.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti