Bakı. Trend:
Yetkinlik yaşına çatmayanların dini nikaha daxil olmasına şərait yaradan din xadimləri üçün məsuliyyətin müəyyən edilməsi təklif edilir.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatında qeyd edilib.
Bununla yanaşı, təcili tibbi yardıma xəbər vermədən, yaxud, bu halı mütəmadi olaraq həyata keçirən (iş xarakterli) evdə doğuş aparan şəxslər - tibb işçiləri üçün cəza tədbirlərinin müəyyən edilməsi təklif edilir.
Həmçinin cəza tədbirlərinin həyata keçirilmə mexanizminin təkmilləşdirilməsi, onların tətbiqinə dair nəzarət güclən dirilməsi tövsiyə olunur.