...

Ölkəmiz torpaq və su resurslarından məhduddur - Şöbə müdiri

İqtisadiyyat Materials 21 May 2024 10:43 (UTC +04:00)
Ölkəmiz torpaq və su resurslarından məhduddur - Şöbə müdiri
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bitki mühafizəsi ətraf mühit və insan sağlamlığının təminatıdır.

Trend xəbər verir ki, bu barədə Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinin müdiri Lətif Qasımov “Yaşıl dünya naminə” Bitki Sağlamlığı forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, iqlim dəyişikliyi, su qıtlığı və bu kimi neqativ hallar səbəbindən dünyada ərzaq məhsullarının qiymətində artım müşahidə edilir.

“Ölkəmiz torpaq və su resurslarından məhduddur. Mövcud çətinliklərin aradan qaldırılması xüsusi əhəmiyyət kəsb edir. Ölkələrarası təcrübə mübadiləsi kadr hazırlığında əməkdaşlıq mühim rol oynayır.

COP29 iqlimyönümlü kənd təsərrüfatının öyrənilməsinə töhfə verəcək”,- deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti