Bakı. Trend:
185 ölkəyə müdafiə ixracı həyata keçirdik.
Trend TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Müdafiə ixracımız 2023-cü ildə 5,5 milyard dollara yüksəldi. Ötən il 185 ölkəyə 230 növ məhsul ixrac edilib” – deyə o bildirib.
Ərdoğan həmçinin Türkiyənin SİHA texnologiyasında ilk üçlükdə olduğunu vurğulayıb.
“Pilotsuz uçuş aparatları təkcə hərbi fəaliyyətdə deyil, həm də təbii fəlakətlərdə axtarış və xilasetmə işlərində mühüm rol oynayır” – deyə o əlavə edib.