...

Məişət zorakılığı ilə bağlı Dövlət Komitəsinə müraciət edənlərin sayı açıqlandı

Cəmiyyət Materials 20 May 2024 15:02 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə 2023‑cü ildə məişət zorakılığı ilə bağlı 560 müraciət daxil olub.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatında qeyd edilib.

Müraciət edənlərin 27‐si kişi, 478‐i qadın, 328‐u uşaq, 9‐u əlil, 1‐i ahıl, 2‐ si miqrant. Zorakılıq törədənlərin isə 497‐ si kişi, 133‐u qadın olub.

Qeyd edilib ki, məişət zorakılığı halları cəmiyyətin inkişafına, dövlətin ailə institutuna mənfi təsir göstərməklə bərabər, ailələrin dağılmasına səbəb olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti