...

Orta məktəblərdə dərs saatlarına yeni mövzuların əlavə edilməsi təklif olunur

Cəmiyyət Materials 20 May 2024 15:20 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Orta məktəblərdə reproduktiv sağlamlıq, cinsi tərbiyə, ailə hüququ mövzularının dərs saatlarına əlavə edilməsi təklif edilir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatında qeyd edilib.

Bununla yanaşı, uşaq evliliklərinin qarşısının alınması məqsədilə tədbirlər planının qəbul edilməsi təklif edilir.

Valideynlər arasında erkən yaşda evliliklərin fəsadları ilə bağlı maarifləndirici tədbirlərin keçirilməsi qeyri‑hökümət təşkilatları tərəfindən evdə doğuşun fəsadları, həyati təhlükələr ilə bağlı bölgələrdə maarifləndirmə işinin təşkili, Mediada erkən nikah, eləcə də, ev doğuşlarının fəsadları ilə bağlı məsələlərin işıqlandırılması (verilişlər, posterlər, ictimai müzakirələr) tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti