...

Milli Məclis İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun məlumatını qəbul edib (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 21 May 2024 12:24 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclis İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2023-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı qəbul edilib.

Trend-in məlumatın görə, məlumatı Azərbaycan Respublikası Daxili İşlər Nazirinin birinci müavini Seyfulla Əzimov təqdim edib.

Hazırkı məlumat “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 7.5-ci maddəsinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun, Ombudsman Aparatının, beynəlxalq təsisatların, 32 mərkəzi və 68 yerli icra hakimiyyəti orqanının, eləcə də Daxili İşlər Nazirliyinin struktur qurumlarının müvafiq sahə üzrə Milli Fəaliyyət Planından irəli gələn tədbirlərin yerinə yetirilməsinin və apardıqları monitorinqlərin nəticələri, təhlilləri, tövsiyələri nəzərə alınmaqla hazırlanıb.

XXX
11.14

Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2023-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı müzakirə olunur.

Trend-in məlumatın görə, məlumatı Azərbaycan Respublikası Daxili İşlər Nazirinin birinci müavini Seyfulla Əzimov təqdim edir.

O qeyd edib ki, insan alveri sahəsində kriminogen durum 2023-cü ildə də nəzarətdə saxlanılıb, bu cinayətin beynəlxalq təhlükəsizliyə ciddi təhdid olaraq qalması, dünyаnın əksər ölkələrində bаş vеrən silаhlı münаqişələrin cоğrаfiyаsının genişlənməsi, ucuz işçi qüvvəsinə оlаn tələbаtın аrtmаsı və s. amillər nəzərə alınaraq profilaktik iş, cinayət təqibi, qurbanların müdafiəsi, əməkdaşlıq və tərəfdaşlıq istiqamətləri üzrə fəaliyyət məqsədyönlü surətdə davam etdirilib.

S.Əzimov bildirib ki, ötən il, həmçinin “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının tətbiqi ilə bağlı Əmək, Ailə, Cinayət-Prosessual və Cinayət məcəllələrinə, “Uşaq hüquqları”, “Vəkillər və vəkillik fəaliyyəti”, “Təhsil”, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” və s. qanunlarda dəyişikliklər edilib. “Belə ki, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə törədilən bəzi cinayətlərin (zorlama, seksual xarakterli zorakılıq hərəkətləri) yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi ağırlaşdırıcı hal kimi müəyyən edilmiş, uşaqların cinsi istismarı ilə bağlı bir sıra cinayətlərə görə cəzalar sərtləşdirilib”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti