Bakı. Trend:
Slovakiyanın baş naziri Robert Fitsonun vəziyyəti yaxşılaşır.
Trend xəbər verir ki, bu barədə baş nazirin müalicə aldığı tibb mərkəzinin əməkdaşları məlumat yayıb.
Xatırladaq ki, mayın 15-də Slovakiya Nazirlər Kabinetinin iclasından sonra Robert Fitso ictimaiyyət qarşısına çıxdıqda ona bir neçə dəfə atəş açılıb. Yaralanan baş nazir xəstəxanaya yerləşdirilib və əməliyyat olunub. Əməliyyatın uğurlu keçdiyi açıqlanıb.
Robert Fitsoya sui-qəsd etməkdə şübhəli bilinən 71 yaşlı yazıçı Yuray Çintula saxlanılıb. Çintulanın radikal qruplaşmanın üzvü olmadığı və təkbaşına hərəkət etdiyi müəyyən edilib.