...

Yeni Kaledoniyada ictimai obyektlərin mühafizəsi hərbçilərə həvalə ediləcək

Dünya xəbərləri Materials 21 May 2024 09:16 (UTC +04:00)

Bakı. Trend:

Yeni Kaledoniyada ictimai obyektlərin mühafizəsi müvəqqəti olaraq yerli polisdən alınaraq hərbçilərə həvalə ediləcək.

Trend “Figaro”ya istinadla xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Təhlükəsizlik Şurasının iclasından sonra bildirib. Dövlət başçısı qeyd edib ki, burada məqsəd “yerli polisin işini yüngülləşdirməkdir”.

Fransa prezidenti hökumətdən dənizaşırı ərazilərlə bağlı sayıqlıq və qətiyyət tələb edib. Hava limanlarının gələn bazar ertəsinədək bağlı qalmasına qərar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti