Zəngilan. Trend:
Media nümayəndələri Zəngilan şəhərində olublar.
Trend-in Qarabağ bürosunun məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Fərid Yusubov media nümayəndələrinə bildirib ki, Zəngilan şəhərində yolların ümumi uzunluğu 31 kilometr olacaq, velosiped və piyada zolaqları yaradılacaq.
"Layihə üzrə şəhərdaxili yolların ümumi uzunluğu 31 kilometrdir. Layihənin birinci mərhələsində ümumilikdə 17,14 kilometr uzunluğunda yollar salınacaq. İki və dörd hərəkət zolaqlı bu yolların eni 18-34 metr olacaq. Yolboyu velosiped və piyada zolaqları yaradılacaq, yaşıllıqlar salınacaq”, - o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 18-də Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməlini qoyub.