...

Antonio Quterreş İran prezidentinin ölümü ilə bağlı başsağlığı verib

Dünya xəbərləri Materials 20 May 2024 19:02 (UTC +04:00)
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

BMT-nin Baş katibi Antonio Quterreş İran prezidenti və xarici işlər nazirinin ölümü ilə bağlı başsağlığı verib.

Trend xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.

"Antonio Quterreş mayın 19-da İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin, Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahianın və onların həmkarlarının helikopter qəzasında həlak olmasından kədərlənir. Baş katib həlak olanların ailələrinə, eləcə də İran hökuməti və xalqına dərin hüznlə başsağlığı verir", - o əlavə edib.

Xatırladaq ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb.

Qəza nəticəsində 9 nəfər həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti