...

Bu valideynlərlə bağlı qanuni tədbirlərin görülməsi təklif edilir

Cəmiyyət Materials 20 May 2024 15:15 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Nikah yaşının 18 yaş olduğu nəzərə alınaraq yetkinlik yaşına çatmayanlarla qeyri‑rəsmi erkən nikaha daxil olan şəxslər və buna şərait yardan valideynlər barəsində İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət tədbirlərinin əks olunması təklif olunur.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatında qeyd edilib.

Bununla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152‑ci maddəsində tövsif edilən əməlin (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) on səkkiz yaşına çatmayan şəxslərə qarşı törədilməsi ilə bağlı maddəyə dəyişiklik edilməsi təklif edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti