...

Ticarət donanması heyətinin maaşlarına aylıq əlavə pul təminatının yuxarı həddinin məbləği müəyyənləşdi

Cəmiyyət Materials 20 May 2024 17:36 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Nazirlər Kabineti “Dəniz nəqliyyatında xarici daşımaçılıqla məşğul olan ticarət donanmasının heyət üzvlərinə vəzifə maaşlarına verilən aylıq əlavə pul təminatının yuxarı həddinin məbləği”nin təsdiq edib.

Trend-in xəbərinə görə, qərara əsasən, dəniz nəqliyyatında xarici daşımaçılıqla məşğul olan ticarət donanmasının heyət üzvlərinə vəzifə maaşlarına verilən aylıq əlavə pul təminatının yuxarı həddinin məbləği aşağıdakı kimi olacaq:

Sıra

№-si

Vəzifələrin adı

Gəmilərin qrupu üzrə

ödənişin məbləği (ABŞ dolları ilə)

1-4

5

6 və yuxarı

1.

Kapitan

1980

2070

2250

2.

Baş (böyük) mexanik

1890

1980

2160

3.

Kapitanın böyük köməkçisi, 2-ci mexanik, böyük (1-ci)

elektromexanik, elektromexanik

1710

1800

1890

4.

Kapitanın 2-ci köməkçisi, kapitanın sərnişin üzrə köməkçisi, radiomütəxəssis, 3-cü mexanik,

2-ci elektromexanik

1620

1710

1800

5.

Komandir heyətinin başqa üzvləri, bosman, donkerman

1440

1620

1710

6.

Sıravi heyət (bosman, donkerman istisna olmaqla)

1350

1350

1350

Dəniz nəqliyyatında xarici daşımaçılıqla məşğul olan ticarət donanmasının heyət üzvlərinin vəzifə maaşlarına aylıq əlavə pul təminatı faktiki iş günlərinə uyğun müəyyən edilir.

Xəzərdənkənar hövzələrdə üzən ticarət donanmasının heyət üzvlərinin vəzifə maaşlarına aylıq əlavə pul təminatının məbləği cədvəldə nəzərdə tutulan məbləğlərə 1,5 əmsal tətbiq olunmaqla hesablanır.

Eyni zamanda Nazirlər Kabineti müvafiq olaraq “Dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyətin üzvlərinə sutkalıq ödənişlərin müəyyən edilməsi haqqında” qərarda dəyişiklik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti