Bakı. Trend:
Azərbaycanda “Qadın Dəstək Xəttinə” 2023‑cü il ərzində 4079 müraciət daxil olub.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatında qeyd edilib.
Müraciətlərin 958-i ailədaxili problemlər, 521-I məişət zorakılığı, 358-i boşanma, 447-si alimentin alınmasında çətinlik, 522-i sosial‑maddi rifah, 181-i sağlamlıq hüququnun təmin edilməsi, 971-i hüquqi yardım, 121-i isə sığınacaqla təmin olunması ilə bağlı olub.
Rəqəmlərdən görünür ki, 2022‑ci ilə müqayisədə 2023‑cü ildə “Qadın Dəstək Xətti”nə edilən müraciətlərin sayı 2050‑dən 4079‑a qədər artıb. Ailədaxili problemlər 676‑dan 958‑ə, məişət zorakılığı 361‑dən 521‑ə, boşanma 182‑dən 358‑ə, alimetin alınmasında çətinlik 235‑dən 447‑yə, hüquqi yardımla təmin olunma 320‑dən 971‑ə, sağlamlıq hüququnun təmin edilməsi 105‑dən 181‑ə, sosial‑maddi rifah 142‑dən 522‑yə, sığı nacaqla təmin olunma ilə 29 müraciətdən 121 müraciətə qədər artıb.