...

Putin İranın Birinci vitse-prezidenti ilə telefonla danışıb

Dünya xəbərləri Materials 20 May 2024 15:47 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin İranın birinci vitse-prezidenti Məhəmməd Moxberlə telefonla danışıb.

Trend xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Rusiya prezidenti İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə, İran prezidenti vəfizəsini icra edən Məhəmməd Moxberə və İran xalqına İran prezidenti İbrahim rəisinin ölümü ilə bağlı başsağlığı verib.

Putin həmçinin, Rəisini yaxşı tanıdığını və yüksək qiymətləndirdiyini bildirib.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti