...

“Bayer”in yarımmüdafiəşisi Almaniya çempionatının ən yaxşısı seçilib

İdman Materials 21 May 2024 03:55 (UTC +04:00)

Bakı. Trend:

“Bayer”in yarımmüdafiəşisi Florian Virts Almaniya çempionatının ən yaxşısı seçilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu barədə Bundesliqanın rəsmi saytı açıqlama yayıb.

Virts 2023/2024 mövsümündə ölkə çempionatında 32 oyunda meydana çıxıb, 11 qol və 12 ötürmə ilə yadda qalıb. Gənc futbolçu qitənin aparıcı klublarının diqqət mərkəzinə düşüb. Onun transfer qiyməti 110 milyon avro dəyərləndirilir.

Qeyd edək ki, “Bayer” tarixində ilk dəfə Almaniya çempionu olub. Komanda mövsümü məğlub olmadan bitirib.

Xəbər lenti

Xəbər lenti