...

Üzeyir Məmmədovun "Müəllif musiqisi axşamı" adlı konsert proqramı baş tutub (FOTO)

Mədəniyyət Materials 21 May 2024 11:20 (UTC +04:00)
Üzeyir Məmmədovun "Müəllif musiqisi axşamı" adlı konsert proqramı baş tutub (FOTO)

Bakı. Trend:

Mayın 17-də Kamera və Orqan Musiqisi zalında Üzeyir Məmmədovun “Müəllif musiqisi axşamı” adlı konsert proqramı baş tutub.

Trend xəbər verir ki, gecədə Üzeyir Məmmədovun 2017-2024 cü illər ərzində bəstələdiyi müxtəlif janrları əhatə edən əsərləri ifa olunub.

Azərbaycan Dövlət Simli Kvartetin ifasında təqdim edilən “Kvartet No1” əsərində klassik formanın saxlanması şərti ilə milli rəqs, aşıq intonasiyaları və müasir texnikaların vəhdəti öz əksini tapıb.

Mirxalid Məmmədzadənin (fleyta) ifasında “Solo alət üçün sonata” əsəri orjinal üslub xüsusiyyətləri ilə fərqlənir.

Bəstəkarın klassik sonata janrına müraciəti özünəməxsus musiqi ifadə vasitələri ilə müasir, milli melodikası monodiya fonunda Mirxalid Məmmədzadənin virtouz ifasında tamamlanır.

Konsert çərçivəsində həmçinin Züleyxa Usubovanın (piano) ifasında “iki prelüdiya və fuqa” əsəri təqdim edilib. Əsər Ü.Məmmədovun polifonik təfəkürünün incə zərif melodikası, şəffaf harmoniya və milli üslub xüsusiyyətləri fonunda təzahür edir.

Sonuncu əsər qarışıq kvartetin ifasında səsləndirilən “Nəsimi oxuyarkən” musiqili şeiri bəstəkarın drijorluğu ilə təqdim olunub. Fleyta, zərb alətləri və arfa üçün yazılmış əsərin I hissənin milli boyalı mövzusu polifonik imitasiyalı işlənilməsi, III hissədə kanonik ostinatlıq xüsusiyyətləri və IV hissədəki fuqavarilik diqqət cəlb edən xüsusiyyətlərindəndir ki, burada bəstəkar polifonik üsullardan müxtəlif tərzlərdə istifadə edib.

Orjinal zövqə malik olan bəstəkarın əsərlərinin ahəngi, milliyi, rasional intellektual və stilistik üsluba dəqiq riayət etməsi ilə fərqlənir.

Xəbər lenti

Xəbər lenti