...

Bu məkan sahibləri cəzalandırıla bilər – Təklif

Cəmiyyət Materials 20 May 2024 15:17 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Uşaq evliliyi ilə bağlı toy məclislərinin təşkil olunduğu məkan sahibləri üçün məsuliyyətin nəzərdə tutulması təklif edilir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatında qeyd edilib.

Eyni zamanda nikah yaşının 18 yaş olduğu nəzərə alınaraq, yetkinlik yaşına çatmayanlarla qeyri‑rəsmi erkən nikaha daxil olan şəxslər və buna şərait yardan valideynlər barəsində İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət tədbirlərinin əks olunması təklif olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti