...

Aİ İran prezidentinin helikopter qəzasında həlakı ilə bağlı başsağlığı verib

Dünya xəbərləri Materials 20 May 2024 14:53 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı (Aİ) İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən şəxslərin helikopter qəzasında həlakı ilə bağlı başsağlığını bildirir.

Trend xəbər verir ki, bu barədə Aİ-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell deyib.

"Aİ İran İslam Respublikasının prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər İran rəsmilərinin bazar günü helikopterin qəzaya uğraması nəticəsində faciəli şəkildə həlak olması ilə bağlı başsağlığı verir.

Aİ bütün qurbanların ailələrinə və İranın zərər çəkmiş vətəndaşlarına başsağlığı verir", - məlumatda deyilir.

Qeyd edək ki, 19 mayda İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, İranın Ali Liderinin Təbriz üzrə nümayəndəsi Məhəmməd Əli Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhmətini Xudafərindən Təbrizə aparan helikopter vilayətin Vərzəqan rayonunda qəzaya uğrayıb. Qəza nəticəsində 9 nəfər həlak olub.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti