...

Bitki mühafizəsi kompleks yanaşma tələb edən sahədir - Nazir müavini

İqtisadiyyat Materials 21 May 2024 10:56 (UTC +04:00)
Bitki mühafizəsi kompleks yanaşma tələb edən sahədir - Nazir müavini
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Məhsuldarlığın artırılması və bitkilərin qorunması qarşıda duran əsas vəzifələrdən biridir.

Trend xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov “Yaşıl dünya naminə” Bitki Sağlamlığı forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, bitki mühafizəsi kompleks yanaşma tələb edən sahədir.

“Nazirlik bu məqsədlə kompleks tədbirlər keçirilməsi üçüm öz fəaliyyətini qurub. İnnovativ texnologiyalardan istifadəyə xüsusi diqqət ayrılır. Zərərvericilərə qarşı vaxtında mübarizə aparmaq ətraf mühitin qorunmasında mühim rol oynayır

Hesab edirəm ki, bu forum iqlim dəyişikliyi fonunda bitkilərin qorunmasına öz töhfəsini verəcək”,- deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti