...

Putin müşavirini və müdafiə nazirinin müavinini işdən çıxarıb

Dünya xəbərləri Materials 20 May 2024 20:01 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin Aleksandra Levitskayanı müşaviri vəzifəsindən azad edib.

Trend bu barədə rus KİV-lərinə istinadən xəbər verir.

Qeyd edilir ki, Levitskaya bu vəzifəni 2013-cü ildən tutur. Bundan əvvəl müxtəlif vaxtlarda Rusiya hökuməti aparat rəhbərinin birinci müavini, iqtisadi inkişaf nazirinin müavini, səhiyyə və sosial inkişaf nazirinin müavini olub.

Qeyd edək ki, Vladimir Putin Yuri Sadovenkonu müdafiə nazirinin müavinini də vəzifəsindən azad edib. Prezidentin digər fərmanı ilə Hesablama Palatasının auditoru Oleq Savelyev müdafiə nazirinin müavini təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti