Bakı. Trend:
İşsiz və gəliri olmayan kişilərin aliment ödəməsi üçün müəyyən çıxış yolları tapılmalıdır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva parlamentdə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatının müzakirə zaman deyib.
J.Əliyeva bildirib ki, işsiz kişilər ayrıldıqdan sonra övladını saxlamaq üçün aliment vermək məcburiyyətindədir.
“Belə kişilərin hardan pul taparaq alimenti ödəməsi açıq qalan məsələdir. Hesab edirəm ki, bu məsələdə tək qadınların deyil, kişilərin də hüquqları düşünməlidir. İşsiz və gəliri olmayan kişilərin aliment ödəməsi üçün uyğun yollar axtarılması yaxşı olardı”, - deyə o qeyd edib.