...

Rəisi nə vaxt və harada dəfn olunacaq?

Dünya xəbərləri Materials 20 May 2024 21:22 (UTC +04:00)
Rəisi nə vaxt və harada dəfn olunacaq?
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edənlərin vida mərasimi mayın 21-də Təbriz şəhərində keçiriləcək.

Trend xəbər verir ki, bu barədə İran KİV-də yayılan məlumatlarda bildirilir.

Cənazələrin daha sonra Tehran şəhərinə gətiriləcəyi iddia edilir. O da bildirilib ki, paytaxtda da dövlətin rəsmiləri və İran xalqı Rəisi ilə vidalaşacaq.

Eyni zamanda İran KİV-lərində o da qeyd olunub ki, Rəisinin dəfn mərasimi mayın 23-də doğulduğu Məşhəd şəhərində keçiriləcək. Onun dəfn mərasimi cümə axşamı, axşam saatlarında İmam Rza məqbərəsində baş tutacaq.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti