Bakı. Trend:
Hindistanın mərkəzi hissəsində yerləşən Çxattisqarx ştatında pikap tipli avtomobil dərəyə düşüb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ölkənin polis məlumat yayıb.
Məlumata görə, pikapın sərnişinləri tendu yarpaqlarını yığdıqdan sonra meşədən qayıdırmışlar.
Avtomobil yoldan çıxaraq dərəyə düşüb. Nəticədə azı 18 nəfər ölüb, 4 nəfər yaralanıb.