...

Yeganə Axundova Estoniyanın Tallin şəhərində konsert proqramı ilə çıxış edib (FOTO)

Mədəniyyət Materials 20 May 2024 19:59 (UTC +04:00)
Yeganə Axundova Estoniyanın Tallin şəhərində konsert proqramı ilə çıxış edib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, professor Yeganə Axundova 18 may 2024cü il tarixində Estoniyanın Tallin şəhərində konsert proqramı ilə çıxış edib.

Trend xəbər verir ki, Estoniya musiqi və Teatr Akademiyasının böyük zalında baş tutan konsertdə Yeganə Axundova ilə birgə Estoniyanın tanınmış musiqiçiləri, Akademiyanın professorları Henri David Varema, Arvo Leibur, Toomas Vavilov və Azərbaycanlı musiqiçi Humay Hacızadə də iştirak ediblər.

Konsertdə Azərbaycanın Estoniyadakı Səfiri Anar Məhərrəmov, Estoniya musiqi və teatr Akademiyasının rektoru, professor İvari İlya, Estoniya və Azərbaycan Diasporasının sədri Niyazi Hacıyev, Estoniyalı və Azərbaycanlı dinləyicilər konsertdə iştirak ediblər.

Konsert proqramında İ.Brahms, Q.Mahler, Eston bəstəkarı E.Magi və Azərbaycan bəstəkarları Ü.Hacıbəyli, F.Əmirovun əsərləri yer almışdır. Yeganə Axundova Fikrət Əmirovun piano üçün “12 miniatür” silsiləsini video görüntülərin nümayişinin müşayiəti ilə ifa edərkən dinləyicilərə təqdim etmişdir. Konsert bütün dinləyicilərin böyük rəğbəti və alqışları ilə başa çatmışdır. Pianoçu, professor Yeganə Axundova ərsəyə gətirdiyi Fikrət Əmirovun fortepiano əsərləri toplusundan ibarət və Grammy mükafatının BEST CLASSICAL COMPENDIUM kategoriyasında longlistə daxil olmuş diskini Estoniya Musiqi və Teatr Akademiyasına hədiyyə ediblər.

Bundan əlavə Yeganə Axundova beynəlxalq layihə olan Erasmus+ proqramı ilə işçi müqaviləsi çərçivəsində Talinn şəhərində Estoniya musiqi və teatr Akademiyasının piano fakültəsinin tələbələrinə ustadlıq dərsi verib.

Yeganə Axundova dərs prossesi zamanı tələbələrlə tanışlıq söhbətləri apararaq, onlara piano sənətinin incəliklərini, ustadlıq sirlərini anlatmış, məsləhətlər verib. Ustadlıq dərsi zamanı professor Yeganə Axundova həmçinin tələbələr üçün ifalar etmişdir və seçilmiş əsərlərin üzərində nümunələr göstərmişdir. O Azərbaycan piano məktəbi haqqında ətraflı danışaraq, Estoniya Akademiyasının tələbələrini Azərbaycan musiqi mədəniyyəti haqqında məlumatlandırılıblar.

Xəbər lenti

Xəbər lenti