Bakı. Trend:
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023‑cü il üzrə doğumu qeydə alınmış 112620 nəfərdən 59814‑ ı oğlan, 52806‑sı isə qızdır. Cinslər arasındakı fərq 7008 nəfərdir.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatında qeyd edilib.
Qeyd edilib ki, cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edir. 2022‐ci il üzrə doğumu qeydə alınmış 122846 nəfərdən 64940‐ı oğlan, 57906‐sı isə qızdır. Cinslər arasındakı fərq 7034 nəfər olub. Cins nisbəti hər 100 qıza 112 oğlan təşkil edib.
2022‑ci illə müqayisədə 2023‑cü ildə cinslər arasındakı fərq azalıb, 7034‑ dən 7008‑ə düşüb.