...

Rayonlarda icazə verilən erkən evliliklərin sayı məlum olub

Cəmiyyət Materials 20 May 2024 15:13 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın iqtisadi rayonlarının 2023‑cü il üzrə nikah yaşının 1 il azaldılması ilə bağlı statistika açıqlanıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatında qeyd edilib.

Qeyd edilib ki, 12 iqtisadi rayon üzrə nikah yaşının 1 il azaldılması ilə bağlı daxil olan məlumatlar araşdırılıb, üzürlü səbəblər müəyyən edildikdən sonra 233 (2022‑ci ildə 271) yetkinlik yaşına çatmayan şəxsə icra orqanları tərəfindən icazə verilib.

Statistik rəqəmlər göstərir ki, nikah yaşının 1 il azaldılması ilə bağlı verilən icazələrin sayında 38 (nikah) azalma var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti