...

Azərbaycandan Rusiyaya nə qədər yumurta idxal edilib?

İqtisadiyyat Materials 20 May 2024 17:26 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyaya ərzaq yumurtası tədarükü başlayandan indiyədək Azərbaycan ölkəyə 43,1 milyon ədəd yumurta ixrac edib.

Trend xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinə ("Rosselxoznadzor") məlumat yayıb.

Məlumata görə, bu il mayın 20-dək Rusiya Belarusdan 280,6 milyon ədəd yumurta idxal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə çoxdur. Qeyd olunan dövrdə Türkiyə Rusiyaya 26,8 milyon ədəd yumurta ixrac edib.

Qeyd olunub ki, 2024-cü il 13-19-may tarixlərində Azərbaycandan 1,2 milyon, Türkiyədən isə 950,4 min ədəd ərzaq yumurtası "Yaraq-Qazmalar" buraxılış məntəqəsi vasitəsilə Rusiyaya daxil olub.

Daxil olan bütün ərzaq yumurtalarının yoxlanıldığı və Rusiyanın müvafiq tələblərinə cavab verdiyi bildirilib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti