...

Məişət zorakılığının növləri açıqlanıb

Cəmiyyət Materials 20 May 2024 15:00 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023‑cü ildə Daxili İşlər Nazirliyində məişət zorakılığı ilə bağlı 9389 müraciət qeydə alınıb. 2022‐ci ildə bu rəqəm 9864 olub. Bu da məişət zorakılığı ilə bağlı müraciətlərin azaldığını göstərir.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatında qeyd edilib.

Ailə münaqişəsi zəminində Daxili İşlər Nazirliyinə daxil olmuş məlumatlar üzrə görülən operativ cavab tədbirləri ilə 9389 hüquqazidd əməlin qarşısı alınıb. Məişət zorakılığı ilə bağlı 1482 cinayət törətmiş 1386 (qadın ‐ 88; kişi ‐ 1298) şəxs məsuliyyətə cəlb olunub.

Bu hüquqazidd əməllər nəticəsində 1513 zərərçəkmiş şəxs (qadın ‐ 1224; kişi ‐ 289) müəyyən edilib. Statistik rəqəmlər göstərir ki, məişət zorakılığı ilə bağlı cinayət törətmiş şəxslərin əksəriyyəti kişilər, zərərçəkmiş şəxslərin isə çoxu qadınlar olub.

Məişət zorakılığı zəminində törədilən cinayətlərdən 1236‐sı qəsdən sağlamlığa yüngül zərər vurma, 88‐i qəsdən sağlamlığa az ağır zərər vurma, 62‐i qəsdən adam öldürmə, 49‐u qəsdən sağlamlığa ağır zərər vurma, 18‐i adam öldürməyə cəhd, 6‐sı əzab vermə, hərəsi 2 fakt olmaqla öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, qanunsuz azadlıqdan məhrum etmə, hərəsi bir fakt olmaqla özünü öldürmə həddinə çatdırma, zorlama, seksual xarakterli zorakılıq hərəkətləri, 16‐ sı digər növlərdir. Həmin cinayətlərdən yalnız biri təkrar törədilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti