...

Şəkidə təsərrüfatların 98 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

Cəmiyyət Materials 21 May 2024 03:11 (UTC +04:00)

Bakı. Trend:

“Aztelekom” MMC Şəki rayonunda mövcud ev təsərrüfatı və biznes subyektlərinə GPON texnologiyası ilə yüksəksürətli internetə qoşulma imkanı yaradıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-ə bildirilib ki, Şəki şəhərində şəbəkənin tikintisi başa çatdırılıb. Şəhər mərkəzində 22 min 92 təsərrüfatdan 6905 ev təsərrüfatı və biznes subyekti GPON xidmətlərindən yararlanır. Rayonun Oxud, Yeni Oxud, Kiş, Çeşməli, Qoxmuq, Zərdüştlər, Çələbixan, Baltalı, Baş Layski, Qumux, Cunud, Şin, Aşağı Göynük, Cumakənd, Orta Zəyzid, Baş Zəyzid, Vərəzət, Qırxbulaq, Köbər Zəyzid, Daşüz, Küdürlü, Çələbixan dördyol, Böyük Dəhnə, Cəfərabad, Çolaqlı, Göybulaq, Dərəcənnət təzə kənd, Dərəcənnət köhnə kənd, Suçma, Aran, Kiçik Dəhnə, Turan, Çayqaraqoyunlu, Şəkikənd, Cəyirli, Aşağı Küngüt və Fazıl kəndlərində 25 min 261 təsərrüfat üçün şəbəkənin tikintisi başa çatdırılaraq təsərrüfatların 98 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib.

Ümumilikdə, rayon ərazisində 15 min 463 təsərrüfat GPON xidmətlərindən yararlanır və yeni qoşulmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti