...

Assanc ABŞ-yə ekstradisiya üzrə məhkəmədə qalib gəlib

Dünya xəbərləri Materials 20 May 2024 16:39 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

London məhkəməsi "Wikileaks"in qurucusu Culian Assancın lehinə qərar çıxarıb, belə ki, o ABŞ-yə ekstradisiya qərarından yenidən apellyasiyaya verə bilər.

Trend xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, Assanc ABŞ-də Birinci düzəlişlə təmin olunan hüquqlardan və mühafizə vasitələrindən, o cümlədən söz və mətbuat azadlığından yararlana bilər.

Bundan başqa, ABŞ Assancı ölüm hökmünün gözləmədiyini bildirib. Onun vəkili Edvard Fitscerald bu təminatın qəbul edildiyini deyib, lakin Birinci düzəlişlə əlaqəli təminatı "qeyri-adekvat" adlandırıb.

Qeyd edək ki, 52 yaşlı jurnalist Belmarş həbsxanasında qalmağa davam edir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti